Can verən insan nə düşünür?


Digərləri 21 Sen 2019 22:40:00 315 0

Can verən insan nə düşünür?

Əmirəl-möminin (ə) buyurur: "Can verməyin çətinliyi və dünyanı əldən verməyin həsrəti dünyapərəstlərə hücum edər. Bədən can verməyin ağırlığına görə süst olar və ölüm yavaş-yavaş bədənini bürüyər. Dil danışmaqdan dayanar. O, ailənin yanında düşmüş, gözü ilə görər və qulağı ilə eşidər. Ağlı ilə düşünər ki, ömrünü hansı işlərə görə puç etmişdir? Ruzigarı necə keçirmişdir? Topladığı sərvəti xatırlayar, o sərvəti ki, halal və haramdan və şübhəli mallardan toplamışdı və indi topladıqlarının günahı onun çiynindədir. Onlardan ayrılmaq zamanı gəlib çatmışdır. Varisləri üçün qalmışdır ki, onlardan bəhrələnsinlər. Rahatlıq və xoşluq başqası üçün, cəzası isə onun çiynindədir. O, bu malın girovundadır və əlini peşmançılıqdan dişləyər. Bu halda dünyada rəğbət bəslədiklərinə qarşı etinasız olar və arzu edər ki, ey kaş o kəs ki, keçmişdə onun malına qibtə edirdi, o, bu malı toplamış olardı".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) bu nurani kəlmanında can verməyin çətinlikləri haqqında söz açmış və can verən insanın nə hiss etdiyini və düşündüyünü bizlərə çatdırmışdır.

Allah bu haqda buyurur: "Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu sənin qaçdığın həmin şeydir". ("Qaf" 19).

Bu deyilənlərdən belə nəticə çıxartmaq olur ki, insan ölüm anında bir tərəfdən gücünü və qüdrətini əldən verir, o qədər zəif olar ki, hətta dilini belə tərpədə bilməz. Əizyyət bədənini bürüyər. O biri tərəfdən ailəsinin və dostlarının ona görə göz yaşı tökməsi və qəmlənməsi onu ciddi şəkildə təsirləndirər. Başqa bir tərəfdən isə mal və sərvətindən, dünyadan ayrılmaq ona çətin olar və topladığı şübhəli malın cəzası indidən ürəyini yandırar.

İmam Əli (ə) başqa yerdə buyurur: "Ölüm üçün elə çətin anlar vardır ki, təsvir edilməkdən də şiddətlidir. İnsanların ağıl tərəzisi ilə ölçülə bilməz".

Ona görə də hər bir insan hələ ki, fürsət var, özünü həmin an üçün hazırlamalı və bacardığı qədər imanını və təqvasını gücləndirməlidir.

İmam Əli (ə) buyurur: "Can verən insan ömrünün son anlarında iki mühüm mövzu haqqında düşünər. Biri böyük sərmayəsi olan ömrü barəsindədir və o birisi isə mal və sərvəti barəsindədir".

(adsgarden = window.adsgarden || []).push({});