Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb


Dünya 21 Sen 2019 22:29:00 300 0

Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına daşıyan avtobusun aşması nəticəsində 15 turist xəsarət alıb. Onlardan 7-si xəstəxanaya getməkdən imtina edərək hava limanına yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir.