İmam Həsənin dəfnində İmam Hüseynin göstərdiyi səbir


Digərləri 21 Sen 2019 22:10:00 267 0

İmam Həsənin dəfnində İmam Hüseynin göstərdiyi səbir

Əgər səbir üçün kimisə nümunə göstərmək istəyiriksə, İmam Hüseyn (ə) ən gözəl örnəkdir. O, yaşayışı və əxlaqı ilə nə qədər sabir olduğunu dünyaya nümayiş etdirdi. Səbrin acı şərbətini içdi və axirətin şirinliyini seçdi.

O Həzrət (ə) uşaqlıqdan ağır sınaqları, ata və anasının başına gələn müsibətləri, zalımların zülmünü, aclıq və susuzluğu, qardaşlarının və övladlarının, səhabələrinin şəhadətini müşahidə etməsinə baxmayaraq, böyük səbir nümayiş etdirərək dözmüşdür.

Səbir etdiyi zülmlərdən biri qardaşının cənazəsinə xəyanət edilən zaman olmuşdur. O zaman ki, İmam Həsənə (ə) qüsl verdilər və kəfənlədilər, İmam Hüseyn (ə) qardaşının cənazəsinə namaz qılır və onu babası Rəsulallahın (ə) mübarək qəbrinin yanında dəfn etmək istəyir. Mərvan qatıra minir və özünü təsir edən bilən bəlli adama çatdırır və bu işi dayandırmağa təhrik edir. O adamın da tərəfdarları yığılır və cərgə qururlar.

Yığılanlar İmam Hüseynə (ə) deyirlər ki, İmam Həsəni (ə) babasının qəbrinin kənarında dəfn olunmasına imkan verməyəcəklər. İmam (ə) buyurur ki, bura - Peyğəmbərin (s) evidir. Və onların bu evdən ancaq addımları qədər payı vardır.

Və Bəni-Haşim qılınca əl atır və az qalır döyüş başlasın. İmam Hüseyn (ə) qardaşının vəsiyyətinə əsasən ki, buyurmuşdu qan tökülməsin - səbir edir və buyurur: "Allahdan qorxun! Məbada elə iş görəsiniz ki, qardaşımın vəsiyyəti zay olsun".

Sonra həmin adama xitab edərək, buyurur: "Allaha and olsun ki, əgər qardaşım vəsiyyət etməsəydi, onu burada dəfn edərdim". (Yəni qan tökülməməyi vəsiyyət etməsəydi, sizlərə məhəl qoyulmazdı).

Ancaq o adam dediklərindən əl çəkmədi, əksinə, İmam Həsənin (ə) tabutunu oxlamağa başladılar...

(adsgarden = window.adsgarden || []).push({});