Qədim insanlarla bağlı inanılmaz: Belə olmuşuq...


Digərləri 21 Sen 2019 20:43:00 195 0

Qədim insanlarla bağlı inanılmaz: Belə olmuşuq...

Elm adamları təxminən 50000 il əvvəl yaşamış və "denisov" adlandırılan sirli insan növünə aid bir gənc qadının üzünü canlandırıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, yaxın zamana qədər denisovlar adıyla tanınan qədim insanın varlığına aid yeganə dəlil bir barmaq sümüyündən əldə edilmiş DNT və Sibirdə - Altay dağlarında aşkar olunan üç diş idi.

İndi isə araşdırmaçılar əldə edilmiş DNT əsasında gənc denisovlu qadının portretini yaradıb. Lakin digər araşdırmaçılar bunun üçün istifadə olunan metoda şübhəylə yanaşır.

Neandertallar kimi denisovlar da homo sapienslə cütləşmiş və nəsli tükənmiş insan növüdür. Bu gün Asiya və Avstraliyada bəzi insanların genetikasında denisovların DNT-nə rast gəlinir, lakin biz qədim qohumlarımız haqda çox az şey bilirik.

Liran Karmel və həmkarları bu sirli insan nəslinin görünüşünü kobud formada təmsil edən bir portret hazırlamaq üçün denisov DNT-dən istifadə edib.

Karmel bu haqda belə deyib: "Hazırladığımız portretin xüsusi özəllikləri var. Sadəcə bəlli bir fərdin yox, bir insan nəslinin üzünü yenidən inşa edirik".

Qədim insanların DNT əsasında hansı görünüşdə olduğunu öyrənmək üsulu uzun illərdir müzakirə mövzusudur. Con Havksa görə, bu üsulla hansısa bir fərdin sümük morfologiyası haqda ehtimal irəli sürmək çox çətindir. Lakin Karmel və həmkarları denisovların görünüşünü təxmin etmək üçün genlərin DNT-sini araşdırmaq əvəzinə, bu genlərin nə qədər aktiv olduğunu araşdırır.

(adsgarden = window.adsgarden || []).push({});