Məhərrəm ayında qara geyinməyin fəlsəfəsi


Digərləri 21 Sen 2019 20:45:00 223 0

Məhərrəm ayında qara geyinməyin fəlsəfəsi

Məhərrəm ayı gələn zaman hər yer qara rəngə bürünər və matəm başlayar. Bəs bu qara rəngin fəlsəfəsi nədir?

Hələ qədim zamandan bəri qara geyim matəm və əza nişanəsi olmuşdur.

Əgər kiməsə müsibət üz verər və yaxın bir insanını itərərdisə, qara rəngli paltar geyinərdi. Bu məsələ Əhli-Beytlə (ə) də bağlı bəyan edilir. İmam Rza (ə) buyurur: "Allahın rəhməti o kəsə olsun ki, bizim işimizi dirçəldir".

Son.az islam.az-a istinadən bildirir ki, Rəyan ibni Şəbib nəql edir: "Məhərrəm ayının birində İmam Rzanın (ə) xidmətinə gəlmişdim. Həzrət (ə) mənə buyurdu: "Ey Şəbibin oğlu! Əgər Hüseynə (ə) elə ağlasan ki, göz yaşların yanağından axar, Allah etdiyin hər bir günahı bağışlayar. Əgər behiştdə bizimlə bir dərəcədə olmaq istəyirsənsə, bizim qəmimizə qəmlən, sevincimizə sevin".

Ona görə də deyə bilərik ki, Məhərrəm ayında qara geyinməyimizin fəlsəfəsində Əhli-Beyt (ə) məktəbi durur. Başqa bir tərəfdən tarix də bunu təsdiq edir ki, qara rəngli paltar qəm və qüssənin əlamətini büruzə verir.

Əsma binti Əmis nəql edir: "O zaman ki, Cəfər Təyyar şəhid olur, Həzrət Peyğəmbər (s) mənə buyurmuşdu: "Üç gün əyninə qara paltar geyin, ondan sonra necə istəsən et"".

İbni Əbil Hədid nəql edir ki, o zaman ki, İmam Əli (ə) şəhid olur, İmam Həsən (ə) ona əza saxlayıb qara geyindi.

(adsgarden = window.adsgarden || []).push({});