Dünya 20 yaşlı bu killer qızdan danışır:


Digərləri 21 Sen 2019 20:46:00 247 0

Dünya 20 yaşlı bu killer qızdan danışır:

"Kriminal aləmin Kim Krdaşyanı" adıyla tanınan Klavdiya Oşoa Feliksin sevgilisinin yatağında cəsədinin tapılmasından sonra Meksikadakı qadın killerlər dünya mediasında yer almağa başlayıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Meksikada mafiyalar arasındakı silahlı qarşıdurmalar illərdir ölkənin ən böyük problemlərindən biridir.

Araşdırmaya görə, 2008-2018-ci illər aralığında mafiyalar arasında baş verən qarşıdurmalarda 100 mindən çox insan həyatını itirib.

Mafiyalararası rəqabətdə son illərdə qadın killerlər ön plana çıxıb. Şinalo kartelinin lideri El Kaponun ən güvəndiyi simalardan biri olan Klavdiya Feliks ötən günlərdə vəfat edib. Feliksin gözlənilməz ölümü qadın killerlərin sayının artmasına diqqət çəkib.

İngiltərədə nəşr olunan "The Sun" qəzetinin məlumatına görə, Meksikada sayı getdikcə artan qadın qatillər öz gözəlliyi ilə qurbanlarını ələ keçirir və onları qandonduran üsullarla öldürürlər. Killerlərin əksəriyyəti kiçik yaşlarında ailələrindən oğurlanaraq, xüsusi olaraq yetişdirilir.

Mafiyalarla olan əlaqələrini rədd edən qadın killerlər silahlarla verdikləri pozlarla lüks həyatlarını sosial şəbəkələrdə paylaşır.

(adsgarden = window.adsgarden || []).push({});