“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi


Digərləri 21 Sen 2019 20:24:00 233 0

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. T.Mustafayevin sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib:

"Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar "Azərişıq" gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-materila, maşın-mexanizmlər cəlb edilib. Bu isə baş verə bbiləcək kəsinti və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir".

"Azərişıq" rəsmisi bəzi regionlarda elektrik enerjisi təchizatında qısamüddətli kəsinti olduğunu qeyd edib:

""Şimal" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq"Muxtadı" hava xətti, "Şirvan" RETSİ-nin ərazisində olan Neftçala şəhərini qıdalandıran hava xətti, "Qərb" RETSİ-nin ərazisindəki Tovuz, Şəmkir və Akstafa rayonlarının ərazilərindəki elektrik ötürücü xəttlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb və qısa müddətdə bərpa edilib".

T.Mustafayevin istehlakçılara da müraciət edib: