Rusiyanın qrup komandası Bakıda dünya çempionatının qızıl medalını qazanıb


Digərləri 21 Sen 2019 19:31:18 189 0

Rusiyanın qrup komandası Bakıda dünya çempionatının qızıl medalını qazanıb

Rusiya komandası qrup hərəkətlərində 58.700 xal toplayaraq çoxnövçülük üzrə qrup hərəkətlərində qızıl medal qazanıb

Bakı. Rusiya komandası qrup hərəkətlərində 58.700 xal toplayaraq çoxnövçülük üzrə qrup hərəkətlərində qızıl medal qazanıb. Trend-in məlumatına görə, İkinci yerdə Yaponiya komandası (58.200 xal), üçüncü yerdə Bolqarıstan komandası (58.000 xal) qərarlaşıb. Azərbaycanın qrup komandası 53.100 xal toplayaraq səkkizinci yeri tutub. Yarışlarda Azərbaycanı Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliya Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokinadan ibarət komanda təmsil edir.