Azərbaycanın qrup komandası Olimpiya Oyunları-2020 üçün lisenziya qazanıb (FOTO)


Digərləri 21 Sen 2019 18:55:00 286 0

Azərbaycanın qrup komandası Olimpiya Oyunları-2020 üçün  lisenziya qazanıb (FOTO)

Azərbaycanın qrup komandası Tokioda keçiriləcək Olimpiya Oyunları-2020 üçün lisenziya qazanıb

Bakı. Cani Babayeva - Azərbaycanın qrup komandası Tokioda keçiriləcək Olimpiya Oyunları-2020 üçün lisenziya qazanıb. Trend-in məlumatına görə, qrup komandalarının yarışması nəticəsində Azərbaycan gimnastları iki növ üzrə yarışlar nəticəsində 53.100 bal toplayıblar. Gimnastlarımız 5 top ilə hərəkətlərdə 26.700 xal, 3 halqa və 2 cüt gürzlərlə hərəkətlərdə 26.700 xal qazanıblar. Yarışlarda Azərbaycanı Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliya Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokinadan ibarət komanda təmsil edir. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.