Ukrayna AŞPAnın sessiyasında iştirakdən imtina etdi


Dünya 21 Sen 2019 18:42:00 227 0

Ukrayna AŞPAnın sessiyasında iştirakdən imtina etdi

Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun payız sessiyasında iştirak etməyəcək.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Ukrayna Ali Radası Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Boqdan Yaremenko öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, AŞPA Ukraynanın maraqlarına "açıq şəkildə məhəl qoymur". B.Yaremenko əlavə edib ki, "bu təşkilatın öz prinsiplərini pozanlara cavab vermək üçün" onun ölkəsinin başqa yolu yoxdur.

Aydınlıq üçün xatırladaq ki, bu ilin iyun ayında AŞPA üç illik fasilədən sonra Rusiya nümayəndə heyətinin qurumda tam səlahiyyətlərini təsdiq edən qətnamə qəbul edib. Sözügedən qərar Ukrayna tərəfinin etirazına səbəb olub.