Milli Gimnastika Arenasında dünya çempionatı çərçivəsində qrup hərəkətlərdə komanda yarışları davam edir (FOTO)


Digərləri 21 Sen 2019 18:26:00 232 0

Milli Gimnastika Arenasında dünya çempionatı çərçivəsində qrup hərəkətlərdə komanda yarışları davam edir (FOTO)

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatı çərçivəsində qrup hərəkətləri üzrə komanda yarışları davam edir

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatı çərçivəsində qrup hərəkətləri üzrə komanda yarışları davam edir. Trend-in məlumatına görə, 24 ölkədən olan komandalar 5 top ilə hərəkətlərdə , 3 halqa və 2 cüt gürzlərlə hərəkətlərdə çıxış edirlər. Yarışlarda Azərbaycanı Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliya Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokinadan ibarət komanda təmsil edir. Bugünki yarışların nəticələrindən sonra finalçı komandalar və çoxnövçülük üzrə qaliblər müəyyənləşir.