Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub


Siyasət 21 Sen 2019 18:06:00 274 0

Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.

Bu barədə Son.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.