Tramp ABŞı Kiyevdən uzaqlaşdırır


Dünya 21 Sen 2019 16:36:00 223 0

Tramp ABŞı Kiyevdən uzaqlaşdırır

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Vaşinqtonun Ukraynadakı fəaliyyəti mənasızdır və Rusiyanı qıcıqlandırır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Vaşinqton Post" qəzeti öz mənbələrinə istinadən yayıb.

Qəzet ABŞ liderinin Moskva və Vaşinqton arasındakı münasibətləri yoluna qoymağı arzu etdiyini bildirib.

Qeyd edək ki, Trampla Zelenskinin Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşəcəyi barədə məlumat yayılıb.