"Tualet kağızı da məşhurdur"


Şou-biznes 21 Sen 2019 16:39:00 202 0

"Tualet kağızı da məşhurdur"

"Məşhurluq mənim üçün göstərici deyil".

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev deyib. Müğənni sosial şəbəkədə yayımladığı videoda məşhurluğu tualet kağızı ilə müqayisə edib:

"Mağazada iki məşhur məhsul var: biri çörək, digəri tualet kağızıdır. İkisi də çox alınır. Amma yan-yana qoyulmur. Ona görə də məşhurluq vacib deyil. Mənim üçün yaxşı və pis musiqi var".