Amputasiyalı şəxslərə qaçış təlimi keçirildi FOTO


Digərləri 21 Sen 2019 16:27:00 249 0

Amputasiyalı şəxslərə qaçış təlimi keçirildi  FOTO

Azərbaycanda aşağı ətrafı amputasiya olunmuş şəxslərə qaçış təlimləri keçirilib. Azərbaycan Milli Paralimpiya Komitəsinin Almaniyanın OTTOBOCK təşkilatı ilə əməkdaşlığı çərçivəsində belə bir layihə gerçəkləşib. "Running Clinic" (Sağlam qaçış) adlı tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında başş tutub. 

Almaniyalı mütəxəssis, qaçış üzrə ikiqat paralimpiya çempionu Henrix Papov xüsusi protez qurğuları sayəsində aşağı ətrafları amputasiya edilmiş şəxslərə təlim keçib. Bir xanım, biri uşaq olmaqla 12 nəfər xüsusi idman protezləri sayəsində qaçmağı öyrəniblər və hətta futbol, voleybol və basketbol kimi idman növləri ilə də məşqul olublar. 

Xatırladaq ki, "Running Clinic" layihəsi bundan əvvəl London, Toronto, Sinqapur, Sidney, Vankuver, Malayziya  şəhərlərdə də baş tutub. Xüsusi idman protezləri sayəsində aşağı ətrafı amputasiyalı şəxslər qaçış ilə məşğul olmağı, hətta Paralimpiya oyunlarına qatılmağı da bacarıblar.