Azərbaycan gimnastlarına azarkeşlik edirəm - Tamaşaçı


Digərləri 21 Sen 2019 16:24:00 184 0

Azərbaycan gimnastlarına azarkeşlik edirəm - Tamaşaçı

Bədii gimnastika üzrə 37-ci dünya çempionatı yüksək səviyyədə təşkil edilib.

Bakı. Cani Babayeva - Bədii gimnastika üzrə 37-ci dünya çempionatı yüksək səviyyədə təşkil edilib. Bunu Trend-ə yarışlara azarkeşlik edən Rövşən Əzizov deyib. O bildirib: "Milli Gimnastika Arenasını ikinci dəfə ziyarət edirəm, zal çox gözəldir. Təşkilatçılar hər bir şeyi yüksək səviyyədə hazırlayıblar". Azarkeş qeyd edib ki, Azərbaycan gimnastlarına böyük ümidlər bəsləyir: "Qızım Masallı rayonunda gimnastika ilə məşğul olur, bu gün burada gimnastlarımıza azarkeşlik etməyə gəlib".