Dəqiqəyə 70 min dollar qazanc


Digərləri 21 Sen 2019 16:12:00 218 0

Dəqiqəyə 70 min dollar qazanc

Sam Valton 1962-ci ildə ABŞ-ın Missisipi hövzəsində kiçik bir kənddə qurduğu müxtəlif çeşidli mal satılan dükanı ilə bu gün dünyanın ən zəngin ailəsinin təməlini qoyub.

Son.az Lent.az-a istinadla xəbər verir ki, dünyanın zəngin ailələri sırasında birinci yerdə qərarlaşan "Walmart" pərakəndə satış mərkəzlərinin sahibi Valton ailəsi hər saat 4 milyon, hər dəqiqədə isə 70 min dollar qazanır.

Ailə keçən il gəlirlərini 39 milyard artıraraq, 191 milyarda çatdırıb.

İkinci yerdə olan "Mars" ailəsi ötən il sərvətlərini 37 milyard artıraraq, 127 milyarda, üçüncü yerdəki "Koch" ailəsi isə 125 milyardlıq sərvətlərinə 26 milyard da əlavə ediblər.

(adsgarden = window.adsgarden || []).push({});