Güləşçilərimiz dünya çempionatının FİNALINDA


Digərləri 21 Sen 2019 15:42:25 166 0

Güləşçilərimiz dünya çempionatının FİNALINDA

Güləşçilərimiz Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

Bakı. Güləşçilərimiz Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb. Trend-in məlumatına görə, Cəbrayıl Həsənov və Şərif Şərifov növbəti qələbələrini qazanmaqla, finala yüksəliblər. 79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Slovakiya təmsilçisi Taymuraz Salkazanov olub. Görüş güləşçimizin qələbəsi ilə yekunlaşıb - 4:3. Sentyabrın 22-də keçiriləcək həlledici qarşılaşmada onun rəqibi Kayl Deyk olacaq. Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov isə yarımfinalda Kayl Snayderlə (ABŞ) güləşib. Tokio-2020-yə lisenziyanı təmin edən idmançı rəqibini 5:2 hesabı ilə məğlub edib.