Bakı metrosunda HƏYƏCAN - Vaqonlara tüstü dolub, sərnişinlər boşaldılıb (VİDEO)


Digərləri 21 Sen 2019 14:51:00 221 0

Bakı metrosunda HƏYƏCAN - Vaqonlara tüstü dolub, sərnişinlər boşaldılıb (VİDEO)

Bakı metrosunda sərnişinlər daha bir həyəcan yaşayıb.

Bakı. Samir Əli - Bakı metrosunda sərnişinlər daha bir həyəcan yaşayıb. Trend-in məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasında baş verib. Stansiyaya daxil olan qatarın vaqonlarına qəfil tüstü dolub. Platformada sərnişinlər dərhal boşaldılıb və qatar tərkibinə ümumi baxış keçirilib. Qatarda heç bir nasazlıq qeydə alınmayıb. Qatar yenidən sərnişinlərlə birlikdə yola davam edib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında faktı təsdiqləyib.