Sərnişin dolu qatar TUNELDƏ TÜSTÜLƏDİ


Digərləri 21 Sen 2019 14:47:00 191 0

Sərnişin dolu qatar TUNELDƏ TÜSTÜLƏDİ

Bakı metrosunda qorxunc olay baş verib.

Son.az xəbər verir ki, metronun Nərimanov stansiyasından Dərnəgül xətti ilə Gənclik stansiyasına doğru hərəkətdə olan qatarda tustulənmə qeydə alınıb.

Qatar Gənclikdə dayandıqdan sonra sərnişinlər tüstü ilə dolu vaqonlardan boşaldılıb.

Sərnişinlərin Son.az-a dediyinə görə, tustulənmə qatar tuneldə olarkən baş verib.

Bir neçə dəqiqə platformada gözləyən tustulənən qatar yenidən xətt üzrə hərəkətini davam etdirib. Hazırda da Gənclik stansiyasında sərnişinlər arasında həyəcan hiss edilməkdədir.

Qorxan sərnişinlərdən həyəcandan ürəyi gedən də olub. Sərnişin və metro əməkdaşlarının müdaxiləsi ilə qadına ilkin tibbi yardım göstərilib.

Məhəmməd Vaqif Son.az