Şərif Şərifov Olimpiadaya lisenziya qazandı - İki güləşçimiz yarımfinalda


Digərləri 21 Sen 2019 14:06:00 243 0

Şərif Şərifov Olimpiadaya lisenziya qazandı - İki güləşçimiz yarımfinalda

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Bakı. Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır. Trend-in məlumatına görə, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib. Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.