Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ EDİLDİ


Digərləri 21 Sen 2019 13:11:00 205 0

Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə sabah günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq göndərilib.

Bu barədə Son.az "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə istinadən məlumat yayıb.

Məlumata görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.