Tullantıların idarəolunmasına özəl sektoru cəlb etmək üçün təkliflər hazırlanıb


Digərləri 21 Sen 2019 13:14:00 256 0

Tullantıların idarəolunmasına özəl sektoru cəlb etmək üçün təkliflər hazırlanıb

2Ekologiya və Təbii Sərvətlər Nazirliyi özəl sektoru tullantıların idarəolunması işinə maraqlandırmaq üçün qanunvericilik sahəsi üzrə təkliflər hazırlayıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

Onun sözlərinə görə, əsas məqsəd plastik tullantıların qarşısını almaqdır.

O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyətin diqqətini cəlb etmək üçün aksiyalar keçirdiyini də söyləyib: "Tullantıların idarə olunmasında özəl sektor da maraqlı olmalıdır. Heç bir ölkədə dövlət özü bütün tullantıları idarə etmir. Bununla bağlı qəbul edilmiş beynəlxalq tələblər var. Sahibkar ərazini çirkləndirirsə, tullantıların idarə olunması da onun üzərinə düşür. Tullantıların idarə olunması məsuliyyətinin istehsalçı və istehlakçılar arasında bölüşdürülməsinə dair qanunvericilik sahəsində dəyişikliklərlə bağlı təkliflər müzakirələrdədir".