Azərbaycanda tullantılar çeşidlənəcək


Digərləri 21 Sen 2019 13:16:00 212 0

Azərbaycanda tullantılar çeşidlənəcək

Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacağı gözlənilir.

Bakı. İlhamə İsabalayeva - Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacağı gözlənilir. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nərimanov rayonu ərazisində tullantıların çeşidlənməsi ilə bağlı layihəyə başlanılıb. Həmin ərazidə ilkin olaraq əhalinin tullantıların çeşidlənməsi işinə cəlb olunması ilə bağlı tədbirlər keçirilir: "İlkin nəticələr ürəkaçandır. Çox güman ki, yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlayacağıq".