İranda ağır qəza: 8 ölü, 18 yaralı (VİDEO)


Digərləri 21 Sen 2019 11:30:00 238 0

İranda ağır qəza: 8 ölü, 18 yaralı (VİDEO)

İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşub.

Bakı. Elnur Bağışov - İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşub. Trend-in məlumatına görə, bunu İranın Gülüstan vialyətinin Qonbəd-Kavus rayonunun qubernatoru Əbdülqədir Kərimi deyib. Ə.Kəriminin sözlərinə görə, qəza nəticəsində mikroavtobus yanıb. Kərimi əlavə edib ki, hadisədə 8 nəfər həlak olub, 18 nəfər yaralanıb. Qubernator bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır.