Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun


Digərləri 21 Sen 2019 11:19:00 242 0

Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun

Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər.

Bakı. İlhamə İsabalayeva - Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər. Trend-in məlumatına görə, bunu Avropa Ittifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib. O hesab edir ki, bununla ətraf mühitin çirklənməsinin qarşısı alınar: "Mən istəmirəm ki, ətraf mühit plastik tullantılarla çirklənsin. Biz istəyirik ki, ictimaiyyətin məlumatlanmasını artıraq və onlar öz gündəlik həyatlarına nəzər yetirsinlər. Məsələn, mağazaya gedəndə bizə plastik torba verirlər. Biz ondan cəmi 15 dəqiqə istifadə edirik. Həmin torbalar yüz illərlə çürüyür. Biz istəyirik ki, plastik qablar əvəzinə tekstildən, kağızlardan, yəni çürüyə bilən materiallardan istifadə edilsin".