Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi açıqlanıb


Digərləri 21 Sen 2019 10:44:00 226 0

Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi açıqlanıb

2019-cu ilin avqustunda Türkiyə limanları vasitəsilə Azərbaycandan yük daşımalarının həcmi 30,1 min ton təşkil edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Məlumata əsasən, həmin müddət ərzində Azərbaycandan yüklər digər ölkələrin bayraqları altında üzən gəmilər vasitəsilə daşınıb.

Ötən ay Türkiyə limanlarına 4 601 gəmi daxil olub, onlardan 1 978-i Türkiyə bayrağı altında, 2 623-ü digər ölkələrin bayraqları altında daxil olub.

Gəmilərin ümumi brutto-registr tonnajı 58 316 380 ton təşkil edib.