Məşhur modelin təyyarədəki


Digərləri 21 Sen 2019 10:14:00 248 0

Məşhur modelin təyyarədəki

Dünyaca məşhur kanadalı model Vinni Harlou təyyarədə yaşadığı problemi sosial media izləyiciləri ilə bölüşüb.

Son.az axşam.az-a istinadən bildirir ki, Milano Moda həftəsində podiuma çıxan model Vətəninə dönərkən biznes sinfində yer tapmayıb və ekonom sinifdə uçmalı olub.

Vinni təyyarədə yatdığı yerdə çəkilən fotosunu İnstaqram hesabında paylaşaraq ekonom sinfində səyahət etməyin nə qədər çətin olduğunu yazıb.

Lakin o, gözlənilməz tənqidlərlə üzləşib. Belə ki, izləyicilər hər gün yüz minlərlə insanın təyyarənin bu bölümündə səyahət etdiyini və modelin bu hərəkətinin onları alçaltdığını yazıblar. Harlounun ayağını yan oturacağa qoyması da pərəstişkarlarını özündən çıxarıb. 25 yaşlı model sadəcə çox yorğun olduğunu və kimsəni təhqir etmək niyyətində olmadığını yazıb.

(adsgarden = window.adsgarden || []).push({});