Məşhur aktyor üsyan etdi


Digərləri 21 Sen 2019 10:34:00 216 0

Məşhur aktyor üsyan etdi

Məşhur Hollivud aktyoru Sean Bean, canlandırdığı bütün xarakterlərin sonda ölməsinə üsyan edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, ''Üzüklərin hökmdarı'' və ''Taxt-tac'' oyunları kimi seriallarda rol alan usta aktyor Bean qəribə paylaşım ilə gündəmə gəlib.

60 yaşlı akyor kino və televiziya dünyasının sevilən simalarından biridir. 90 dan artıq kino və serialda rol alan Beanın canlandırdığı 23 xarakter ssenari əsasında öldürüləndən sonra, aktyora ''ölən adam'' ləqəbi qoyulub.

Hər kəsin sevərək izlədiyi ''Lord of rings'' də canlandırdığı Boromir xarakteri çoxlu ox zərbələri alaraq can verib. Heyranları bu hadisəni yenicə unutmuşdular ki, ekranların əfsanə serialı "Taxt-tac oyunları" da rol alan aktyor daha ilk sezonda başı kəsilərək öldürülüb.

Rol aldığı filmlərdə 23 dəfə ölən aktyor üçün maraqlı trol şəkillər hazırlanıb. Belə ki, Sean Beanın şəkilinin üzərinə canlandırdığı ölən xarakterlərin təvəllüdü yazılıb.

(adsgarden = window.adsgarden || []).push({});