Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi açıqlanıb


Digərləri 21 Sen 2019 10:14:00 217 0

Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi açıqlanıb

2019-cu ilin avqustunda Türkiyə limanları vasitəsilə Azərbaycandan yük daşımalarının həcmi 30,1 min ton təşkil edib

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ilin avqustunda Türkiyə limanları vasitəsilə Azərbaycandan yük daşımalarının həcmi 30,1 min ton təşkil edib. Bu barədə Trend-ə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər. Məlumata əsasən, həmin müddət ərzində Azərbaycandan yüklər digər ölkələrin bayraqları altında üzən gəmilər vasitəsilə daşınıb. Ötən ay Türkiyə limanlarına 4 601 gəmi daxil olub, onlardan 1 978-i Türkiyə bayrağı altında, 2 623-ü digər ölkələrin bayraqları altında daxil olub.