Ötən gün 13 cinayətin üstü “isti izlər”lə açılıb
Digərləri 21 Sen 2019 09:52:00 240 0
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb
Bakı. Samir Əli -
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Mənbə: az.trend.az