Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq


Digərləri 21 Sen 2019 09:41:00 169 0

Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

Müəssisələrin fəaliyyətinin ekoloji normalara uyğunlaşdırılması üçün sənədlərın alınma prosesində şəffaflığın tam təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Bakı. İlhamə İsabalayeva - Müəssisələrin fəaliyyətinin ekoloji normalara uyğunlaşdırılması üçün sənədlərın alınma prosesində şəffaflığın tam təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə Nazirliyin rəhbər işçiləri, ekoloji normativ sənədləri hazırlayan mütəxəssislər, 20-dən çox aidiyyəti dövlət qurumlarının əməkdaşları, alimlər, qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Vətəndaşların məmnunluğunun təmin olunması ücün ekoloji normativ sənədlərin sayının azaldılması, xüsusi icazə və rəy sisteminin sadələşdirilməsi, bu sənədlərin verilməsinin ASAN xidmət vasitəsilə həyata keçirilməsi məsələləri müzakirə olunub və bu istiqamətdə müvafiq təkliflər dinlənilib.