Bu gün Azərbaycanın qrup komandası Bakıda bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qatılır


Digərləri 21 Sen 2019 09:38:53 223 0

Bu gün Azərbaycanın qrup komandası Bakıda bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qatılır

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının altıncı günü start götürəcək.

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının altıncı günü start götürəcək. Trend-in məlumatına görə, bu gün qrup yarışlarında - 5 top, 3 halqa və 2 cüt gürzlərlə yarışlar keçiriləcək. Nəticələr üzrə finala çıxan komandalar və çoxnövçülükdə qaliblər müəyyənləşəcək. Eləcə də 5 komanda Olimpiya Oyunları-2020 üçün lisenziyalar qazanacaq. Yarışlar saat 14:30-da başlayacaq və Azərbaycanı Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümbətova və Darya Sorokina təmsil edəcəklər.