“Anglo Asian Mining” Azərbaycanda yeni yataqlarda hasilata başlamağı planlaşdırır


Digərləri 21 Sen 2019 09:01:30 232 0

“Anglo Asian Mining” Azərbaycanda yeni yataqlarda hasilata başlamağı planlaşdırır

Azərbaycanda qızıl istehsalçısı “Anglo Asian Mining” şirkəti yeni yataqlarda hasilata başlamağı planlaşdırır

Bakı. Azərbaycanda qızıl istehsalçısı "Anglo Asian Mining" şirkəti yeni yataqlarda hasilata başlamağı planlaşdırır. Bu barədə Trend-ə şirkətdən bildiriblər. Məlumata əsasən, elektromaqnit kəşfiyyatı Gədəbəy ətrafında yeni yatağın olduğunu göstərib: "Bundan başqa, kəşfiyyata görə, Ordubadda böyük potensial var və hazırda geologiya komandası bunun üzərində işləyir". 2019-cu ilin birinci yarısında "Anglo Asian Mining" 34,394 min unsiya qızıl istehsal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.