Texasda "İmelda" fırtınası qurbanlarının sayı dörd nəfərə çatıb


Digərləri 21 Sen 2019 08:41:03 212 0

Texasda "İmelda" fırtınası qurbanlarının sayı dörd nəfərə çatıb

Dörd nəfər ABŞ-ın Texas ştatında güclü sel yağışlarına səbəb olan İmelda fırtınasının qurbanı olublar

Bakı. Dörd nəfər ABŞ-ın Texas ştatında güclü sel yağışlarına səbəb olan İmelda fırtınasının qurbanı olublar. Trend-in məlumatına görə, ölənlərdən iki nəfərin cəsədi öz maşınlarında tapılıb. Bölgədən ən azı 1.7 min insan təxliyə edilib. Qeyd edək ki, Texas ştatının icra başçisı 13 vilayətdə fövqəladə vəziyyət elan edib. Hyuston hava limanları əlverişsiz hava şəraiti ilə əlaqədar 900-dən çox uçuşu təxirə salıb.