Süni intellektli ilk Avropa peyki buraxılışa hazırdır


Digərləri 21 Sen 2019 08:35:00 279 0

Süni intellektli ilk Avropa peyki buraxılışa hazırdır

Bir neçə aydan sonra süni intellektlə təchiz edilən ilk Avropa peykinin buraxılışı planlaşdırılır.

Son.az chip.az-a istinadən bildirir ki, mütəxəssislərin bildirdiyinə görə, Yer səthinin yeni müşahidə peyki məlumatların planetdən və əksinə göndərilməsi üzrə effektivliyi artıra bilər.

"PhiSat" adlı inqilabi süni intellekt texnologiyası "FSSCat" missiyasının iki kubsatının (Yerin kiçik ölçülü süni peyki) birində göndəriləcək. Missiya İspaniyanın Kataloniya Politexnik Universiteti tərəfindən təklif edilib və Avropanın şirkət və institutlarının daxil olduğu konsorsium tərəfindən hazırlanıb. İki kiçik kubsat müasir ikiqat mikrodalğalı və hiperspektral optik alətlərdən istifadə edərək məlumatlar toplayacaq. Bundan başqa, onlar peyklərarası rabitə texnologiyası üzrə bir sıra eksperimentlər aparacaqlar.

Avropa Kosmik Agentliyi kosmosda süni intellektin potensialının nümayiş olunması üçün missiyanı növbəti səviyyəyə qaldırmaq məqsədilə tərəfdaşlarla birgə "PhiSat" texnologiyasının hazırlanması üzərində işi davam etdirir.

(adsgarden = window.adsgarden || []).push({});