İncəsənət ustaları “Neft Daşları”nda konsert proqramı ilə çıxış ediblər(FOTO)


Digərləri 21 Sen 2019 03:14:00 393 0

İncəsənət ustaları “Neft Daşları”nda konsert proqramı ilə çıxış ediblər(FOTO)

Sentyabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində "20 Sentyabr - Neftçilər Günü" və "Əsrin müqaviləsi"nin 25 illiyi ilə əlaqədar bayram tədbiri keçirilib

Bakı. Sentyabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində "20 Sentyabr - Neftçilər Günü" və "Əsrin müqaviləsi"nin 25 illiyi ilə əlaqədar bayram tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbir öncəsi qonaqlar ümummilli lider Heydər Əliyevin büstü və qəhrəmancasına həlak olmuş neftçilərin xatirə-kompleksi önünə gül dəstələri qoyublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, tədbir iştirakçıları "Əsrin müqaviləsi"nə həsr olunmuş video-çarx izləyiblər. Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Neft Daşları NQÇİ-nin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini Qoçalı Mahmudov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, tədbirdə qonaq qismində iştirak ediblər.