Prokuror iki piyadanı vuran sürücüyə 6 il cəza istədi


Digərləri 21 Sen 2019 02:13:08 186 0

Prokuror iki piyadanı vuran sürücüyə 6 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Roman Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Roman Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 6 il azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Proses sentyabrın 24-də davam edəcək.