İllərin qocalda bilmədiyi əfsanəvi sənətçi


Digərləri 20 Sen 2019 23:39:00 69 0

İllərin qocalda bilmədiyi əfsanəvi sənətçi

Selami Şahin: "İnsanların qəlbinə toxunmaq çox önəmlidir"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Türkiyənin tanınmış sənətçisi Selami Şahinin yeni albomu işıq üzü görüb. Yerli mətbuata müsahibə verən ifaçı, uğurlarını ilk növbədə həyat yoldaşına və daha sonra özünün yaradıcılıq əzminə borclu olduğunu bildirib. O, yerli mətbuatda dərc olunan yazılarda  "illərin qocaltmadığı əfsanəvi sənətçisi" kimi təqdim olunur. Hətta onu "Türkiyədə 7-dən 70-ə hər kəsin sevimlisi" kimi də qeyd edənlər də az deyil. İfaçının son albomu "Başdan başa sən"  kifayət qədər maraq doğurub. Albomda 12 yeni mahnı işıq üzü görüb. Türkiyə mətbuatında yeni albomu və 50 illik yaradıcılığı ilə bağlı Selami Şahinlə müsahibə dərc olunub. Müsahibəni qısa ixtisarla təqdim edirik.     - 50 ildir ki, sənətdəsiniz. Yaradıcılığınıza fasilə verməyi, istirahət etməyi düşündüyünüz zamanlar olubmu?

- Mənim bir xasiyyətim var, yeni mahnı bəstələyəndə, studiyaya daxil olanda sanki dünyaya yenidən gəlirəm. İçimdə musiqiyə qarşı inanılmaz böyük bir sevgi var. İndiyə qədər bu qədər məşhur, sevilən mahnılar hansı ifaçıya nəsib olub? Mən xalqın sevgisi ilə varam. Mahnılarımı 8, 18, 28 yaşındakı uşaqlarla birlikdə oxuyuram. Heç zaman "fasilə edim, daha sonra davam edərəm" kimi düşüncəyə qapılmamışam.    - Mahnılarınız 7-dən 70-ə, hər kəs tərəfindən sevilir. Bunun sirri nədir?

- Mən hər cür mahnılar bəstələyirəm. Türkiyədə gəlmiş keçmiş bütün sənətkarların ən azından 100-də 90 faizinin bəstələrini oxumuşam. Zaman sənə ayaq uydura bilməz, məcbursan ki, sən zamana ayaq uydurasan. Xalq nə istəyirsə, onu təhlil edib, onların zövqünü nəzərə alıb, yola o şəkildə davam etməlisən. Bu, çox önəmli məsələdir və mən də zamana uyğun hərəkət edirəm. Hesab edirəm ki, işin sirri ancaq bundan ibarətdir.   - Hər zaman deyirsiniz ki, 15 yaşında evdən ayrılıb İstanbula gəlibsiniz. Sizin üçün bu mərhələ çoxmu çətin oldu?

- Türk dilini 8 yaşımda məktəbə gedəndə öyrənmişəm. Rəhmətlik anam misirli, atam hataylı, babam isə Atatürkün silah yoldaşı olub. Məktəbi bitirəndə "müğənni olacam" dedim. Ailəm çox kasıb idi. 15 yaşında İstanbula gəldim və həmin gün özümə iş tapdım. Elə o yaşdan da başlayaraq ailəmə baxdım, yemədim, yedirtdim, geyinmədim, geyindirdim, parklarda yatdığım günlər oldu. Soğan-çörək yeyirdim ki, ata-anama göndərəcəyim pul azalmasın. Artıq 16 yaşım olanda məşhur idim. Nə üçün? Çünki ailəmə etdiyim yaxşılıqlara görə, Allah məni mükafatlandırdı. Notları da kitabların köməyi ilə özüm öyrənmişəm.   - Musiqi aləmində hər gün yeni adlarla qarşılaşırıq. Sizin kimi qalıcı adlar isə azlıq təşkil edir. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Bu günə qədər yazılmayanları yazır, istifadə olunmayan musiqiləri ifa etmək istəyirəm. Hər kəsin tez-tez istifadə etdiyi "Qismətim belə imiş" və ya "Mən ölürəm məzarıma gəlmə" cümlələri yazmıram. Mənim mahnılarım eşqi, sevgini, kədəri ifadə edir. İnsanların qəlbinə toxunmaq çox önəmlidir.    - Repertuarınıza nəzər yetirdikdə roman havasından Qaradəniz türklərinə, türk sənət musiqisindən arabeskə qədər hər növ musiqiləriniz var. Bu rəngarəngliyi  necə qoruyub saxlayırsınız?

- 17 yaşında məşhur olan musiqiçiyəm. O zamanlar bəstə yox idi. Düşündüm ki, notu bilməliyəm. Dərs alacaq qədər maddi durumum da yox idi. Bizim kəndimizdə sadəcə, məktəb var idi, əslində vəziyyət elə indi də elədir. Kitabların köməyi ilə bildiyim mahnılara baxaraq, onları incələyərək yola çıxdım, heç kimdən dərs almadım və notları özüm öyrəndim. Yəni deməyim odur ki, insan istəyərsə, istəyinə doğru yol alarsa, çalışarsa, mütləq istədiyini əldə edər. İndi hər cür mahnı bəstələyirəm. Mahnı yazarkən həyatdan ilham alıram. Ətrafımda çox zəngin ilham qaynaqlarım var. Bəstələdiyim musiqilər arasında roman, türkü, qərb musiqisi, türk sənət musiqisi var. Hətta məndən opera istəsələr, onu da yazaram.    - Gündəm olan saysız mahnıların müəllifisiniz. Yeni mahnı bəstələyərkən əvvəlkindən daha yaxşısını ərsəyə gətirmək çətin deyil?

(adsgarden = window.adsgarden || []).push({});
Qış üçün bu salatı edin  Usta öz sirlərini açır like
  • 20 Sen 23:30  
Digərləri Qış üçün bu salatı edin Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən maraqlı resepti təqdim edir:

arrow Ətraflı
33 baş qoyun və 9 baş keçi oğurlayan şəxs tutulub like
  • 20 Sen 23:20  
Kriminal 33 baş qoyun və 9 baş keçi oğurlayan şəxs tutulub

Ağsuda 33 baş qoyun oğurlayan şəxs tutulub.

arrow Ətraflı
Yeni mövsümdə liderliyini əldən verdi like
  • 20 Sen 23:15  
Digərləri Yeni mövsümdə liderliyini əldən verdi

Türkiyənin ATV kanalında yayımlanan "Bir zamanlar Çukurova" seria

arrow Ətraflı
Arvadını döyüb balkondan atdı, sonra da yatdı... like
  • 20 Sen 23:00  
Kriminal Arvadını döyüb balkondan atdı, sonra da yatdı...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam

arrow Ətraflı
Arvadını döyüb balkondan atdı, sonra da yatdı... like
  • 20 Sen 22:55  
Digərləri Arvadını döyüb balkondan atdı, sonra da yatdı...

Xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Ramiz Taxvelinin c

arrow Ətraflı
Uşağınızda qəbizlik varsa mütləq həkimə müraciət edin like
  • 20 Sen 22:55  
Digərləri Uşağınızda qəbizlik varsa mütləq həkimə müraciət edin

Həkimlər bildirir ki, vaxtında uşaqlarda olan qəbizlik mualicə edilmərsə

arrow Ətraflı
Mobil telefonlar beyin xərçəngini yaradırmı? like
  • 20 Sen 22:49  
Digərləri Mobil telefonlar beyin xərçəngini yaradırmı?

Son zamanlar bütün dünyada beyin xərçəngi artmaqdadır. Bəzi mütəxəssi

arrow Ətraflı