Uşağınızda qəbizlik varsa mütləq həkimə müraciət edin


Digərləri 20 Sen 2019 22:55:00 326 0

Uşağınızda qəbizlik varsa mütləq həkimə müraciət edin

Həkimlər bildirir ki, vaxtında uşaqlarda olan qəbizlik mualicə edilmərsə sonradan ciddi fəsadlara yol aça bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, normada 1 yaşından yuxarı uşaqlarda nəcis ifrazı gün ərzində bir dəfə olmalıdır. Bəzən normadan kənar hallar da olur. Məsələn, uşaq gündə 2-3 dəfə və ya 2-3 gündə 1 dəfə nəcis ifraz edir. Bu zaman uşaqda heç bir narahatlıq hissi yoxdursa, nəcis kütlələri həcmcə və xarici görünüşcə normaya uyğundursa , bunu normal hal hesab etmək olar. Ancaq yenə də mütəxəssislə məsləhətləşməniz daha yaxşı olardı. Analar uşağın nəcisinə hər zaman diqqət yetirməlidirlər. Nəcisdə qan, selik əmələ gələrsə, rəng dəyişikliyi və s. nəzərə çarparsa, bu haqda uşağınıza nəzarət edən pediatra məlumat vermək lazımdır.

Uşaqlarda qəbizlik tez-tez baş verir. Uşaq gec-gec nəcis ifraz edirsə və defekasiya (nəcis ifrazı) aktı isə çətinliklə baş verirsə, bu zaman qəbizliyin olması barədə danışmaq olar. Qəbizlik atonik və spastik olur. Spastik qəbizlikdə nəcis "qoyun qığı" kimi, bir-birinə yapışqanla yapışmış kimi yumru, kiçik bərkimiş nəcis kütlələri toplumundan ibarət olur. Bu zaman defekasiya (nəcis ifrazı) aktı çətinləşmiş, ağrılı olur. Bir çox hallarda bu, düz bağırsaq və xarici anal dəliyin selikli qişasında çatların əmələ gəlməsinə səbəb olur. Belə qəbizlik çox vaxt bağırsaq disbakteriozu, qastrit, kolit (yoğun bağırsaq iltihabı) zamanı müşahidə olunur. Kəskin infeksion xəstəlik zamanı uşağın qida və maye qəbulu azaldıqda, həmçinin uşağın sinir sistemi pozğunluqları da qəbizliyə səbəb ola bilər. Bu hala uşaqların erkən yaş dövründə daha tez-tez rast gəlinir. Xəstəliyin əsas səbəblərindən biri xroniki qəbizlik hesab edilir. Bərkimiş nəcis kütlələri uşağın dar bağırsağından keçərkən bağırsağın selikli qişasını zədələyir. Catların ilkin əlamətləri defekasiya zamanı kəskin ağrı hissi və nəcis ifrazından sonra qan damcıları (analar bunu tualet kağızının üzərində görə bilərlər) ola bilər. Ağrı səbəbindən uşaqlar defekasiya aktını süni surətdə saxlayır, nəticədə nəcis kütlələri daha da bərkiyərək yeni çatların yaranmasına zəmin yaradır.

Xəstəliyin müalicəsinə onun ilkin simptomları aşkar edilən kimi başlamaq lazımdır. Köhnə, yəni uzun müddət ərzində mövcud olan çatların müalicəsı çox çətin olur. Digər tərəfdən də ağrılar olması qorxusundan uşağın nəcis ifraz etməməsi çox təhlükəli hesab edilən xroniki qəbizliyə, orqanizmin nəcis intoksikasiyasına (zəhərlənməsinə) və s. xoşagəlməz ağırlaşmalara da səbəb ola bilər.

Antonik qəbizlik

Qəbizliyin digər növü də atonik qəbizlikdir. Bu formaya uşaqlarda daha tez-tez rast gəlinir. Atonik qəbizlik zamanı uşaqda nəcis ifraz etmək istəyi azalmış olur və ya heç olmur. Belə uşaqlarda defekasiya hətta 10 gündən bir olur. Bir çox belə hallarda uşağa təmizləyici imalə etmək və ya işlədici şamlar qoymaq lazım gəlir. Bu cür qəbizlik zamanı nəinki qastroenteroloqa (mədə-bağırsaq xəstəlikləri üzrə ixtisaslaşmış həkim), bəzi hallarda hətta cərrah-proktoloqa (düz bağırsaqda aparılan əməliyyatlar üzrə ixtisaslaşmış həkim) da müraciət etmək lazım gəlir.

(adsgarden = window.adsgarden || []).push({});