Arvadını döyüb balkondan atdı, sonra da yatdı...


Kriminal 20 Sen 2019 23:00:00 289 0

Arvadını döyüb balkondan atdı, sonra da yatdı...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə sənədlər araşdırılıb.

Elan olunan ekspertiza rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqlı olub. Cinayət işi materiallarında olan videogörüntülər izlənilib.

Videogörüntüdən məlum olub ki, Ramiz Taxveli arvadını balkondan atdıqdan sonra uşaqları ilə çarpayıda yatıb, polis evə gələndə o, yuxulu vəziyyətdə olub.

Daha sonra məhkəmə istintaqı başa çatıb və çıxış üçün prokurora söz verilib.

Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses sentyabrın 27-də davam edəcək.