Qıcıqlanmış bağırsaq sindromu nədir?


Digərləri 20 Sen 2019 23:10:00 377 0

Qıcıqlanmış bağırsaq sindromu nədir?

Qıcıqlanmış bağırsaq sindromu termini  funksional bağırsaq pozğunluğu deməkdir.

Son.az medicina.az-a istinadən bildirir ki, çoxsaylı tibbi və hərtərəfli müayinələr olsa da, fiziki səbəb çox vaxt aşkar edilmir. Buna baxmayaraq, bu tip pozuntulara göz yummaq olmaz, çünki onlar həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salırlar.

Hansı simptomlar yaranır?

Qıcıqlanmış bağırsaq sindromunun simptomları müxtəlifdir. Belə ki, meteorizm və qəbizlikdən başlayaraq diareyayadək, qarında ağırlıq və ya ağrı kimi fərqli hislər baş verir. Yorğunluq, halsızlıq, depressiya, nəhayət, baş ağrısı ya da qan dövranı pozğunluğu kimi digər simptomlar da qıcıqlanmış bağırsaq sindromu nəticəsində yaranır.   Qıcıqlanmış bağırsaq diaqnozu

Mövcud peşəkar tibbi assosiasiyaların tövsiyələrinə əsasən, böyüklərdə qıcıqlanmış bağırsaq sindromu aşağıdakı meyarlara riayət olunmaqla müşahidə olunur:

Həzm və boşalma prosesində dəyişikliklər üç aydan çox davam edir və xroniki bağırsaq pozğunluqlarına çevrilir; Pozuntu o qədər şiddətlidir ki, xəstə tibbi məsləhətlərə ehtiyac duyur və həyat keyfiyyəti aşağı düşür; Bu simptomların səbəb ola biləcəyi başqa kliniki göstərici yoxdur.   Qidalanma planı və yemək gündəliyi Hər bir şəxsin həzm sistemi unikal olduğu üçün müalicə də fərdiləşdirilməlidir. Standart müalicə mövcud deyil, ancaq bir az səbir göstərərək, müəyyən ərzaqlardan imtina etməklə fərdi qidalanma planını hazırlaya bilərsiniz ki, bu da digər göstəricilərlə yanaşı, bağırsaqları sakitləşdirməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkdir. Qida gündəliyi vasitəsilə özünüzə kömək edin və qidalanma mütəxəssisindən sizi nəzarətdə saxlamağını xahiş edin.

(adsgarden = window.adsgarden || []).push({});