Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının mükafatlandırılması mərasimi keçirilib


Digərləri 20 Sen 2019 22:39:38 186 0

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının mükafatlandırılması mərasimi keçirilib

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, çoxnövçülük üzrə qızıl medalı Dina Averina, gümüş medalı Arina Averina və bürünc medalı Linoy Aşram qazanıblar. Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) baş katibi Nikolya Bumpen, FIG Bədii gimnastika üzrə texniki komitəsinin üzvü Marina Giqova, dünya çempionatının səfiri Yana Batırşina təqdim ediblər.