349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək


Digərləri 20 Sen 2019 21:47:00 197 0

349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, stajkeçmə xidmətinin əsas məqsədi pedaqoji heyətin fəaliyyətinin səmərəliliyini daha da artırmaq, onların təkmilləşmə prosesinin təhlilini aparmaq, müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək, stajkeçmə xidmətindən istifadə edən hər bir müəllim üçün fərdi inkişaf planı tərtib etməkdən ibarətdir.

Stajkeçmə xidmətinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 ümumi təhsil müəssisəsindən 349 müəllimin qatılması nəzərdə tutulur.

3 ay davam edəcək stajkeçmə xidməti 5 mərhələdən ibarətdir. Müəllimlərin iştirakı ilə fərdi və qrup görüşləri keçiriləcək və dərs müşahidələri aparılacaq.