41 yaşlı kişi evinin qarşısında döyüldü


Kriminal 20 Sen 2019 21:20:00 212 0

41 yaşlı kişi evinin qarşısında döyüldü

Bərdə rayonunda döyülmə hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Təhlə kəndində qeydə alınıb.

Kənd sakini - 1978-ci il təvəllüdlü Həsənov Hafiz Əli oğlu yaşadığı evin qarşısında döyülərək başından ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, rayonun Qaradəmirçi kənd sakini - 1989-cu il təvəllüdlü Musayev Vüsal Sabir oğlu Təhlə kəndinə gələrək H.Həsənovla mübahisə edib. Mübahisə nəticəsində V.Musayev H.Həsənovu döyərək başına küt alətlə zərbələr endirib.