Fuad Qəhrəmanlı İSTEFA VERDİ


Digərləri 20 Sen 2019 20:32:00 248 0

Fuad Qəhrəmanlı İSTEFA VERDİ

Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verib.

Son.az bildirir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb. 

Qeyd edək ki, ötən gün Fuad Qəhrəmanlının qızı Selcan Yağmur şəxsi feysbuk hesabında paylaşım edərək, atasından imtina etdiyini bildirib. O, bu addımı atası tərəfindən özünə və anasına qarşı şiddət gördüyünü üçün atdığını qeyd edib. Selcanın statusu sosial şəbəkədə ciddi rezorans doğurub. Bundan sonra Fuad Qəhrəmanlı ciddi tənqidlərə məruz qalıb.