Bakıda qızıl alveri ilə məşğul olan dələduz qadına hökm oxundu


Kriminal 20 Sen 2019 20:37:00 360 0

Bakıda qızıl alveri ilə məşğul olan dələduz qadına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əfəndiyeva 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Nərminə Əfəndiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.