İŞİDə pul göndərən azərbaycanılılar danışdı


Digərləri 20 Sen 2019 20:24:00 208 0

İŞİDə pul göndərən azərbaycanılılar danışdı

Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki,bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs Sahil İbrahimov ifadə verib.

O bildirib ki, qardaşı Samir Suriyada olan zaman bir neçə dəfə zəng edərək ona pul veriləcəyini deyib. Onun sözlərinə görə, , həmin pulları götürüb bir hissəsini başqa şəxslərə verib, bir hissəsini isə qardaşına göndərib.

Digər təqsirləndirilən Namiq Məmmədov isə təqsirləndirilən şəxsləri tanımadığını, bir neçə nəfərdən pul alaraq ayrı-ayrı şəxslərə verdiyini deyib.

Təqsirləndirilən İlqar Ağayev sərbəst ifadə verməkdən imtina edib. O, əvvəlki prosesdə olduğu kimi, özünü anormal şəkildə aparıb, deyilənləri başa düşmədiyini bildirib.

Proses davam edəcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən hazırlıq iclasında çıxış edən prokuror cinayət işi ilə tanış olmadığını deyib. O, hazırlıq iclasının vaxtının dəyişdirilməsini, cinayət işi ilə tanış olması üçün ona vaxt verilməsini istəyib. Hakimlərdə bu səbəbdən hazırlıq iclasını təxirə salmışdılar.

(adsgarden = window.adsgarden || []).push({});