"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb (FOTO)


Digərləri 20 Sen 2019 20:19:30 235 0

"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Əsrin müqaviləsi”nə həsr olunmuş poçt markalarını tədavülə buraxıb.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Əsrin müqaviləsi”nə həsr olunmuş poçt markalarını tədavülə buraxıb. Trend-in məlumatına görə, buraxılış 11 növ 20 ədəd (4x5) poçt markasından ibarət poçt vərəqi şəklində hazırlanıb. Vərəqin ölçüsü 165x185 mm, markaların ölçüsü 40x28 millimetrdir. Sıra nömrələri 1, 3, 6, 8, 9, 11, 14, 16, 17 və 19 olan markaların dizaynı eynidir. Həmin markalarda simvolik olaraq “əl tutub görüşən”, formaca 25 rəqəmini xatırladan neft boruları təsvir olunub. Digər markaların üzərindəki təsvirlər aşağıdakı qaydadadır (soldan-sağa sayıldıqda vərəqdəki şərti sıra nömrəsi ilə): №2. “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin loqotipi; №4. “Çıraq” platforması; №5. “Mərkəzi Azəri” platforması; №7. Səngəçal terminalı; №10. “Şərqi Azəri” platforması; №12. “Qərbi Çıraq” platforması;