Gimnastımız Olimpiya Oyunlarına lisenziya qazandı


İdman 20 Sen 2019 16:35:00 283 0

Gimnastımız Olimpiya Oyunlarına lisenziya qazandı

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının çoxnövçülük yarışlarının B qrupunda yer alan idmançıların çıxışına yekun vurulub.

Goal.az xəbər verir ki, 12 gimnastın mübarizə apardığı qrupda atletlər dörd alət üzrə güclərini sınayıblar. Finalda mübarizə aparan təmsilçimiz Zöhrə Ağamirova 78,728 xalla ümumi sıralamada dördüncü olub.

A qrupunda daha 12 idmançı çıxış edəcək. Reqlamentə görə, çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya qazanırlar. A qrupunun nəticəsində asılı olmayaq gimnastımız Z.Ağamirova “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.